top of page

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən Xaçmazda fermerlərə təlim keçirilib

20190801_110352 (1).jpg

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun və Xaçmaz DAİM-in təşkilatçılığı ilə 01 avqust 2019-cu il tarixdə Xaçmazda fermerlərə "Tərəvəz bitkilərinə aqrotexniki qulluq işlərinin vaxtında yerinə yetirilməsi, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri və təhlükəsizlik qaydalarına əməl olunması" mövzusunda İnstitutun Qusarçay Bölgə Zona Təcrübə Stansiyasında tarla şəraitində təlim keçirilib. Təlimdə stansiyanın direktoru Alimşah Mirzəyev, stansiyanın və DAİM-in əməkdaşları, fermerlər iştirak ediblər. Fermerlər stansiyanın təcrübə sahələri ilə tanış olublar. Mövzu ətrafında müzakirələr aparılıb və fermerlər tərəfindən verilən suallar ətraflı şəkildə cavablandırılıb.

bottom of page