top of page

“Expert Agro Services” MMC -nin direktoru TETİ-də olub

3c6acc5d-067f-4095-9282-03a38a8fbd6a.JPG

“Expert Agro Services” MMC -nin direktoru Etibar Ağalar və şirkətin satış mudiri Ehtiram Zairov Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda olublar.
Qonaqlar ilk öncə İnstitutun ən son və müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalarına baş çəkiblər,cihazların fəaliyyət prinsipi və orada gedən tədqiqatlarla yaxından tanış olublar. Daha sonra qonaqlar Biotexnologiya laboratoriyasında aparılan apikal meristemdən bitki alınması prosesini əyani şəkildə izləyib və məmnun qaldıqlarını bildiriblər. Gəzinti zamanı institutun istixana kompleksində əkin prosesi və bitkilərə edilən aqrotexniki qulluq işləri barədə məlumat əldə ediblər.
Sonda iki müəssisə arasında əməkdaşlıq edilməsi qərara alınmış və gələcəkdə görülə biləcək işlər haqqında müzakirələr aparılıb.

footer-logo-az.png

(C)Bütün hüquqlar qorunur

Saytın hazırlanması: birsayt.az

bottom of page