top of page

Tərəvəz toxumlarının emalı prosesi

Hasilat maşını və elevator
Tərəvəzlər elevator vasitəsilə doğrayıcıya ötürülür. Məhsulun toxumu və lətini ayırır.

Quruducu maşın
Dezinfeksiya olunmuş nəm toxumları barabanlarda quruducuya yerləşdirilir. Təyin olunmuş vaxt və temperaturdan asılı olaraq qurudulur.

Sentrifuqa
Məhsul ilkin ayrılmadan keçdikdən sonra lət qarışıq toxumlar sentrafuqa da suyundan ayrılır.

Dezinfeksiya maşını
Homogenizə edilmiş toxumlar su və dezinfeksiya edici məhlullar əlavə edilərək barabanlarda yüksək təzyiqlə yuyulur.

Çox kabinli quruducu
Sentrafuqadan nəm halda çıxan toxumlar quruducu kabinlərdə torbalara yığılaraq tam quru vəziyyətə gətirilir.

Qarışdırıcı
Qurudulmuş toxumlar qarışdırıcıda homogenləşdirilir.



Fırçalama maşını
İnfeksiya və göbələklərdən qorumaq üçün toxumu fırçalayır. (Yalnız pomidor toxumları üçün.)
Hava-ələk maşını
Üç növ ələk vasitəsilə müxtəlif ölçülü toxumlar ayrı-ayrı qablara avtomatik olaraq tökülür. Yüksək təzyiqli hava isə yüngül toxumları digər qaba ayırır
Silindirik blok
Deformasiya olunmuş və istifadəyə yararlı toxumları bir-birindən ayırır. (Yalnız kahı toxumu üçün)



Odadavamlı döşəməsi olan quruducu
Astarlama prosesindən sonra 100 kq-a qədər toxumu qurudur.
Astarlama cihazı
Toxumun dərmanlanması və astarlanması üçün avtomatik fırlanan qurğu.
Qravitasiya masası
Laboratoriya üçün qravitasiya ayırıcısı artıq eni, uzunluğu və qalınlığına görə çeşidlənmiş az miqdarda toxum üçün nəzərdə tutulur.

Toxum sayan aparat
İnsan gözü prinsipi ilə işləyir və üç görmə dalğa uzunluqlarının- qırmızı, yaşıl və göy birləşməsi vasitəsilə rəng fərqlərini təyin edir.

Paketləmə aparatı
İçərisinə tərəvəz toxumları doldurulmuş xüsusi materialdan olan toxum qabları paketlənir.
bottom of page