top of page

Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun beş tabeli qurumu möcuddur ki, bunlarda da tərəvəzçilik, bostançılıq və kartofçuluğun müxtəlif istiqamətlərində elmi-tədqiqat, toxumçuluq və adaptasiya işləri həyata keçirilir. Bu təcrübə mərkəzlərində yerləşdiyi bölgəyə uyğun olaraq sortların seçilməsi, onların toxumçuluq işlərinin təşkil olunması, təbliği və yerli fermerlərə elmi-metodiki dəstəyin verilməsi həyata keçirilir. 

Xaçmaz Təcrübə Stansiyası - Azərbaycan SSR Əkinçilik üzrə Xalq Komissarlığının 01 iyun 1939-cu il tarixli 948 nömrəli əmri ilə yaradılmışdır. Yarandığı tarixdən adı Qusarçay Təcrübə Stansiyası olmuşdur. Bu da onun Xaçmaz rayonunun Qusarçay kəndində yerləşməsi ilə əlaqədar olmuşdur. Stansiya məşhur akademik Nikolay İvanoviç Vavilovun təşəbbüsü ilə yaradılmışdır. Xaçmaz Təcrübə Stansiyasının yaradılmasında əsas məqsəd tərəvəz emalı sənayesi üçün yararlı olan yeni sortların sınağının keçirilməsi və ilkin toxumçuluğunun təşkilidir.

 

Lənkəran Təcrübə Stansiyası - 1927-ci ildə Ümumittifaq Bitkiçilik İnstitutunun nəzdində təşkil olunmuşdur. Lənkəran Təcrübə Stansiyasının yaradılmasında əsas məqsəd respublikada faraş tərəvəzçiliyin təşkili və inkişaf etdirilməsidir. Stansiya Lənkəran rayonunun Darquba kəndində yerləşir. 

Tovuz Təcrübə Stansiyası- Azərbaycan SSR Nazirlər Sovetinin 26 noyabr 1965-ci il tarixli 854 nömrəli qərarı ilə təşkil edilmişdir. Tovuz Təcrübə Stansiyasının yaradılmasında əsas məqsəd yüksək məhsuldar, xəstəlik və zərərvericilərə davamlı yeni kartof sortlarının yaradılması və ilkin toxumçuluğunun təşkilidir. Stansiyanın əkin sahələri Tovuz rayonunun Dönük Qırıqlı və Sarıtala kədlərində yerləşir. 

Şəmkir Dayaq Məntəqəsi -Azərbaycan SSR Dövlət Aqrar Sənaye Komitəsinin 31 oktyabr 1990-cı il tarixli 1096 nömrəli əmri ilə təşkil edilmişdir. Şəmkir Dayaq Məntəqəsinin yaradılmasında əsas məqsəd Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda yaradılmış yeni kartof sortlarının sınağının keçirilməsi və ilkin toxumçuluğunun təşkilidir. Dayaq Məntəqəsi Şəmkir rayonunun Çənlibel kəndində yerləşir. 

Abşeron Yardımcı Təcrübə Təsərrüfatı- Azərbaycan Nazirlər Sovetinin 13 yanvar 1966-cı il tarixli 23 nömrəli qərarına əsasən yaradılmışdır. Abşeron Yardımçı Təcrübə Təsərrüfatının yaradılmasında əsas məqsəd Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda yaradılmış yeni tərəvəz və bostan sortlarının sınağının keçirilməsi və ilkin toxumçuluğunun həyata keçirilməsidir. Təcrübə Təsərrüfatı Pirşağı qəsəbəsi, 2 nömrəli Sovxoz ərazisində yerləşir. 

footer-logo-az.png

(C)Bütün hüquqlar qorunur

Saytın hazırlanması: birsayt.az

bottom of page