
Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun alim və mütəxəssisləri İnstitutun Elmi Şurasının qərarı ilə qəbul olunmuş mövzu planına uyğun olaraq Abşeron Yardımçı Təcrübə Təsərrüfatının, Xaçmaz, Lənkəran və Tovuz Təcrübə Stansiyalarında, Şəmkir Dayaq Məntəqəsində 7 mövzu üzrə 30 adda elmi-tədqiqat işləri həyata keçirir. Bu elmi-tədqiqat işlərinin həyata keçirilməsində İnstitutun müvafiq şöbə və laboratoriyaları iştirak edir. Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun apardığı elmi-tədqiqat mövzuları bunlardır:
Mövzu 1: Açıq sahədə tərəvəz və bostan bitkilərinin biotik və abiotik amillərə davamlı yüksək məhsuldar, keyfiyyətli, rəqabətqabiliyyətli, yeni sortlarının və heterozis effektli hibridlərinin yaradılması, ilkin toxumçuluğunun təşkili və tətbiqi
Mövzu 2: Müasir tipli istixana şəraitində innovativ seleksiya və fizioloji metodlarla əsas tərəvəz bitkilərinin (pomidor, xiyar, badımcan, bibər, kahı) rəqabətqabiliyyətli, ixracyönümlü, yüksək məhsuldar, keyfiyyətli, yeni sortlarının və heterozis effektli hibridlərinin yaradılması, ilkin toxumçuluğunun təşkili və tətbiqi
Mövzu 3: Yüksək məhsuldar, keyfiyyətli, biotik və abiotik amillərə davamlı, rəqabətqabiliyyətli, yeni kartof sortlarının yaradılması, toxumçuluğunun təşkili və tətbiqi
Mövzu 4: Tərəvəz, bostan və kartof əkinlərində ekoloji təhlükəsiz məhsul istehsalını təmin edən aqrotexnologiyaların işlənib hazırlanması və tətbiqi
Mövzu 5: Müasir tədqiqat üsulları ilə tərəvəz, bostan və kartof bitkilərində əsas zərərli orqanizimlərə qarşı mübarizə metodlarının işlənib hazırlanması və tətbiqi
Mövzu 6: Əmtəəlik tərəvəz və bostan məhsullarının emal, saxlanma, qurudulma və keyfiyyətinin öyrənilməsi və tətbiqi
Mövzu 7: Biotexnoloji üsullardan istifadə etməklə yerli və introduksiya olunmuş kartof sortlarından virusdan azad, sağlam əkin materialının alınması