top of page

Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun əsas vəzifələrindən biri də yerli genefond materialların toplanması, saxlanması və onların artırılmasından ibarətdir. Belə ki, Azərbaycanın mövcud, zəngin və çeşidli bitki genofondunun vaxtaşırı toplanması, bərpası, inventarlaşdırılması, artırılması, öyrənilməsi, sənədləşdirilməsi və gələcək nəsillər üçün olduğu kimi saxlanması dövrümüzün aktual problemlərindəndir. Onların düzgün həlli və gələcək fəlakətlərdən yeganə xilas yolu genetik ehtiyatların qorunub mühafizə edilməsidir. İnstitutda tərəvəz, bostan və kartof bitkilərinin genofond materiallarının toxumları hər il olduğu kimi, növlər üzrə yeniləşdirilmiş, siyahı tərtib edilmiş və lazımı şəraitdə saxlanılır. Hal-hazırda institutda ayrı-ayrı tərəvəz, bostan və kartof bitkiləri üzrə 2000 artıq nümunə mövcuddur. 

Son illərdə İnstituta Dünya Tərəvəzçilik Mərkəzindən, Özbəkistan Elmi-Tədqiqat Tərəvəzçilik, Bostançılıq və Kartofçuluq institutundan, İndoneziyadan, Beynəlxalq Kartofçuluq Mərkəzindən, Qazaxıstan Elmi-Tədqiqat Kartofçuluq və Tərəvəzçilik İnstitutundan, Ümumrusiya Bitkiçilik İnstitutundan, Ümumrusiya Elmi-Tədqiqat Tərəvəz Bitkilərinin Seleksiyası və Toxumçuluq İnstitutundan, müxtəlif tərəvəz toxumçuluğu ilə məşğul olan xarici şirkətlərdən və digər yerlərdən gətirilən tərəvəz, bostan və kartof bitkilərinin ayrı-ayrı sortnümunələrinin Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunda sınaqdan keçirilməsi dünya dövlətləri ilə elmi əməkdaşlığın ildən ilə genişlənməsinə və genofondun artmasına səbəb olmuşdur. 

footer-logo-az.png

(C)Bütün hüquqlar qorunur

Saytın hazırlanması: birsayt.az

bottom of page