Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu

Tabeli qurumlar

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun tabeli qurumları

Qusarçay Bölgə Zona Təcrübə Stansiyası

Qusarçay BZTS Azərbaycan SSR Əkinçilik üzrə Xalq Komissarlığının 01 iyun 1939-cu il tarixli 948 nömrəli əmri ilə yaradılmışdır. KTN-nın 26 sentyabr 1994-cü il tarixli 466 nömrəli əmri ilə “Tərəvəz-toxum Elm İstehsalat Birliyi”nin tabeliyinə verilmiş, “Azərbaycan Aqrar Elm Mərkəzinin və onun tabeliyindəki elmi-tədqiqat institutlarının strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 aprel tarixli 109 nömrəli qərarına əsasən yaradılmış Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun tabeliyində fəaliyyət göstərir.

Ünvan: Az-2721, Azərbaycan Respublikası, Xaçmaz rayonu, Qusarçay kəndi

Tel: 994-2332-2-73-06

E-mail: [email protected]

Lənkəran Bölgə Zona Təcrübə Stansiyası

Lənkəran BZTS 1927-ci ildə Ümumittifaq Bitkiçilik İnstitutunun nəzdində təşkil olunmuş, “Azərbaycan Aqrar Elm Mərkəzinin və onun tabeliyindəki elmi-tədqiqat institutlarının strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 aprel tarixli 109 nömrəli qərarına əsasən yaradılmış Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun tabeliyində fəaliyyət göstərir.

Ünvan: Az-4200, Azərbaycan Respublikası, Lənkəran rayonu, Darquba kəndi

Tel: 994-2525-5-31-57

E-mail: [email protected]

Tovuz Bölgə Zona Təcrübə Stansiyası

Tovuz BZTS Azərbaycan SSR Nazirlər Sovetinin 26 noyabr 1965-ci il tarixli 854 nömrəli qərarı ilə təşkil edilmiş, “Azərbaycan Aqrar Elm Mərkəzinin və onun tabeliyindəki elmi-tədqiqat institutlarının strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 aprel tarixli 109 nömrəli qərarına əsasən yaradılmış Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun tabeliyində fəaliyyət göstərir.

Ünvan: Az-6023, Azərbaycan Respublikası, Tovuz rayonu, Dönükqırıqlı kəndi

Tel: 994-2231-5-03-07

E-mail: [email protected]

Şəmkir Dayaq Məntəqəsi

Şəmkir Dayaq Məntəqəsi Azərbaycan SSR Dövlət Aqrar Sənaye Komitəsinin 31 oktyabr 1990-cı il tarixli 1096 nömrəli əmri ilə təşkil edilmişdir.         “Azərbaycan Aqrar Elm Mərkəzinin və onun tabeliyindəki elmi-tədqiqat institutlarının strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 aprel tarixli 109 nömrəli qərarına əsasən yaradılmış Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun tabeliyində fəaliyyət göstərir.

Ünvan: Az-2141, Azərbaycan Respublikası, Şəmkir rayonu, Çənlibel kəndi

Tel: 050-591-64-28

Abşeron Yardımçı Təcrübə Təsərrüfatı

Abşeron YTT Azərbaycan Nazirlər Sovetinin 13 yanvar 1966-cı il tarixli       23 nömrəli qərarına əsasən yaradılmış, “Azərbaycan Aqrar Elm Mərkəzinin və onun tabeliyindəki elmi-tədqiqat institutlarının strukturunun təkmilləşdirilməsi haqqında”  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 aprel tarixli 109 nömrəli qərarına əsasən yaradılmış Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun tabeliyində fəaliyyət göstərir.

Ünvan: Az-1098, Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 2 saylı sovxoz

Tel: 994-12-551-61-14

E-mail: [email protected]