Azərbaycan Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu

Mini yumruların istehsalı

KARTOF MİNİ YUMRULARININ  İSTEHSALI

İnstitutun müasir avadanlıqlarla təchiz olunmuş Biotexnologiya laboratoriyasında  in vitro şəraitində virussuz, sağlam kartof miniyumrularının istehsalı həyata keçirilir. Bu Respublikada  sağlam kartof toxumçuluğunun təşkil olunmasında müstəsna əhəmiyyətə malikdir.Sonrakı mərhələdə istixanada əldə olunan  yüksək rekroduksiyalı kartof mini yumruları yüksək keyfiyyətli super-elit kartof toxumlarının alınması məqsədilə dağlıq ərazilərdə əkilir və çoxaldılır. Dünyanın inkişaf etmiş ölkələrində bu üsuldan geniş istifadə edilir. Ölkəmizdə bu üsul ilk dəfə Tərəvəzçilik ETİ-də uğurla tətbiq olunmuşdur.  İnstitutun Biotexnologiya laboratoriyasında müxtəlif kartof sortlarının artırılması mümkündür.