Azərbaycan Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu

Beynəlxalq əlaqələr

2005-ci ildən Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu Dünya Tərəvəzçilik Mərkəzi (AVRDC, Tayvan) və Beynəlxalq Kartofçuluq Mərkəzi (CİP, Peru) ilə sıx əməkdaşlıq edir. 
Dünyanın müxtəlif ölkələrində (ABŞ, İngiltərə, Hollandiya, Avstraliya, Rusiya, Çin, Fransa, Türkiyə, İran, Hindistan, Yaponiya, Peru, Tayvan, İsrail, Almaniya, Qazaxıstan, Özbəkistan, Ukrayna, Belarus və s.) yerləşən universitetlərin, elmi mərkəzlərinin, şirkətlərin və s. təşkilatların nümayəndələri Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda olmuşlar.
Eyni zamanda institutun əməkdaşları müxtəlif xarici ölkələrdə (Polşa, İsrail, Misir, Türkiyə, Rusiya, Çin, Yaponiya, Hindistan, Macarıstan, Tayvan, Cənubi Koreya və s.) keçirilən beynəlxalq konfranslarda, treninqlərdə iştirak edir, elmi təcrübə və kolleksiya materiallarının mübadiləsi sahəsində əməkdaşlıq aparırlar.