Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu

TETİ-nin əməkdaşı Beynəlxalq elmi təcrübənin öyrənilməsi çərçivəsində Türkiyədə ezamiyyətdə olmuşdur

     İnstitutun Emal və saxlama texnologiyaları laboratoriyasının müdiri Məcid Adıgözəlov 2018-ci ilin 29 aprel-05 may tarixlərində Türkiyənin Qaziantep şəhərində “Titanyum Endüstrial Makina san.tic.ltd.şti” şirkətində ezamiyyədə olmuşdur.

     M.Adıgözəlov şirkətin ofisində və sənaye bölgəsində olmuş, iş yerləri,qurğu və avadanlıqları ilə tanış olmuş,istehsalat proseslərini işləmişdir.Qurğu və avadanlıqların iş prinsipləri,keyfiyyəti,qiymətləri və s. haqqında ətraflı məlumat toplamış,fotoşəkillər çəkdirmişdir.Gələcək iş birliyi üçün tomat puresi, ketçup və s. axın xətlərinin sxemlərinin iş prinsipləri haqqında müzakirələr aparılmış, layihələr tərtib edilmişdir