Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun nailiyyətlərinin nümayişi keçirilmişdir

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda 8 avqust 2018-ci il tarixdə institutun şöbə və laboratoriyaları, eləcə də Abşeron Yardımçı Təcrübə Təsərrüfatı tərəfindən 2018-ci il üzrə qəbul olunmuş mövzu planına uyğun olaraq aparılmış tədqiqat işləri nəticəsində istehsalı olunmuş tərəvəz, bostan və kartof məhsullarının nümayişi məqsədilə tədbir keçirilmişdir. Eyni zamanda, tədbirdə fermer və şirkət nümayəndələri iştirak etmişdir. Alim və mütəxəssislər yetişdirdikləri məhsullar haqqında iştirakçılara ətraflı məlumat vermişdirlər.