Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşları tərəfindən Lənkəran rayonunda fermerlərə təlim keçirilmişdir

İnstitutun Becərmə texnologiyası laboratoriyasının müdiri Rizvan Abbasov tərəfindən 27-29 iyul 2018-ci il tarixlərdə bölgələrdə kənd təsərrüfatı istehsalçıları üçün təşkil olunan elmi-praktiki seminarların təşkili çərçivəsində Lənkəran rayonunda “Ekoloji təmiz məhsul istehsalı və bu sahədə fermerlərin formalaşdırılması” mövzusunda elmi-praktiki seminar keçirilmişdir. Seminarda institutun Biotexnologiya laboratoriyasının müdiri Ş.Maxsudov, Lənkəran BZTS-in direktoru H.Hüseynov, stansiyanın əməkdaşları və fermerlər - T.Məlikov, V.Cabbarov, B.Ağayev, A.Calalov, S.Mahmudova, C.Nəcəfov, Z.Babayev, Q.Babayev, Ə.Vəliyev, Ə.İbadov, A.Məmmədov, M.Muradov, G.Məmmədov iştirak etmişdirlər. Təlimçi R.Abbasov və institutun laboratoriya müdiri Ş.Maxsudov fermer təsərrüfatlarında olmuş və fermerlərə ekoloji təmiz məhsul istehsalı barəsində ətraflı məlumatlar vermişdirlər.

Seminarda Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair strateji yol xəritəsində nəzərdə tutulmuş “Ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalının inkişaf etdirilməsi” mövzularına dair fermerlər ətraflı məlumatlandırılmışdır.