Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşları tərəfindən Xaçmaz rayonunda fermerlərə seminar keçirilmişdir

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun Emal və saxlama texnologiyaları laboratoriyasının müdiri Məcid Adıgözəlov tərəfindən 2018-ci il 17 iyul tarixində Xaçmaz rayonunda “Qurudulmuş və dondurulmuş tərəvəz məhsulları istehsalının artırılması üsulları” mövzusunda İnstitutun Qusarçay Bölgə-Zona Təcrübə Stansiyasının təşkilatçılığı ilə yerli fermerlərə elmi-praktik seminar keçirilmişdir. Seminarda İnstitutun Becərmə texnologiyası laboratoriyasının müdiri Rizvan Abbasov, Seleksiya və toxumçuluq şöbəsinin müdiri Zibeydə Əliyeva, Qusarçay  Bölgə-Zona Təcrübə Stansiyasının direktoru Alimşah Mirzəyev, həmin stansiyanın əməkdaşları və tərəvəzçilik istiqamətində çalışan yerli fermerlər iştirak etmişdirlər. M.Adıgözəlov tərəfindən seminar mövzusu çərçivəsində iştirakçıların tərəvəz məhsullarının emalına dair sualları ətraflı cavablandırılmışdır. Daha sonra Stansiyanın nümayiş və toxumluq tərəvəz əkinlərinə baxış keçirilmişdir.