Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşı tərəfindən Beyləqan rayonunda fermerlərə təlim keçirilmişdir

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun Becərmə texnologiyası laboratoriyasının müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Rizvan Abbasov tərəfindən 2018-ci il 20-22 iyun tarixlərində Beyləqan rayonunda “Tərəvəz və kartof bitkilərindən ekoloji təmiz məhsul alınmasının texnologiyası” mövzusunda Beyləqan Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin təşkilatçılığı ilə yerli fermerlərə təlim keçirilmişdir. Təlimdə Beyləqan RAEİMM-in direktoru Sədi İsmayılov və tərəvəzçilik istiqamətində çalışan yerli fermerlər – Novruz Sadıqov, Sələddin Əliyev, Məmməd İmrəliyev, Elşən Əhmədov, Lətif Orucov, Mirağa Kazımov, Ədalət Xuduyev, Şərgiyyə Orucova, Mirvari Əliyeva, Esmira Qəhrmanova, Rəhimə Həsənova, Şahnaz Şirinova iştirak etmişdirlər. Təlimçi tərəfindən fermerlərə institutun çap edilmiş bukletləri və 2 ədəd Tərəvəz, bostan və kartof bitkilərinin becərilməsinin təşkilati-texnoloji normativlərinə dair metodiki vəsait kitabı paylanmışdır. Bununla yanaşı, təlim zamanı R. Abbasov “ekoloji təmiz məhsulun təşviqi”, “ekoloji təmiz tərəvəz, bostan və kartof bitkilərinin becərilməsi” və “ekoloji təmiz kənd təsərrüfatı istehsalının inkişaf etdirilməsi” haqqında fermerləri məlumatlandırmışdır və fotoşəkillər çəkilmişdir.