Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Özbəkistanın Daşkənd şəhərində keçirilmiş təlim kursunda iştirak etmişdir

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun elmi katibi Ramil Nəbiyev Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəzin (İCARDA), Dünya Tərəvəzçilik Mərkəzinin  Orta Asiya və Qafqaz üzrə Regional Ofisinin (AVRDC-CAC) və Daşkənd Dövlət Aqrar Universitetinin birgə təşkilatçılığı ilə Özbəkistan Rerspublikasının Daşkənd Şəhərində 4-8 aprel 2017-ci il tarixlərdə “Tərəvəzçilikdə müasir elmi-tədqiqat metodları” mövzusunda keçirilmiş regional təlim kursunda iştirak etmişdir. Təlim kursunda müxtəlif mövzularda (Təhsil, elm və istehsalın inteqrasiyasının təkmilləşdirilməsi; Tədqiqat və inkişaf üzrə Dünya Tərəvəzçilik Mərkəzinin rolu; Tərəvəzçilik üzrə elmi-tədqiqat işlərinin keçirilməsi üçün kompleks yanaşma; Yeni sortların seleksiyasında kənd təsərrüfatı bitkiləri genofondunun toplanması, saxlanması və mühafizəsi metodları; Özbəkistanın isti iqlim şəraitində tərəvəz məhsullarının ilboyu istehsalı; Stres təsirlərə qarşı sortların yaradılması üzrə genetik metodlar; Tərəvəzçilikdə seleksiya metodları; Tərəvəz bitkilərinin toxumçuluq xüsusiyyətləri; Prioritet istiqamətlər üzrə elmi tədqiqatların təşkili; Tarla təcrübəsi metodikası və təcrübə nəticələrinin statistik analizi; Maksimal məhsul istehsalının iqtisadiyyatı; Bitkilərin əsas zərərvericilərinin diaqnostikası; Əsas göbələk və bakteria xəstəliklərinin diaqnostikası; Əsas virus xəstəliklərinin diaqnostikası (praktik məşqələ); Torpaq münbitliyinin idarə olunması; İstixanalarda tərəvəz bitkilərinin becərilməsi metodları; Elmi hesabatların hazırlanması) mühazirələr və müxtəlif ölkələrdən olan təlim iştirakçılarının tədqiqat işlərinə və elmi fəaliyyətinə dair təqdimat xarakterli çıxışları dinlənilmişdir. Mühazirələr yerli və xarici təcrübəli mütəxəssislər tərəfindən (professor və müəllim heyəti) söylənilmişdir. Təlim zamanı qrup şəklində fərqli fotoşəkillər çəkilmişdir. Regional təlim kursun un sonunda Ramil Nəbiyevə sertifikat təqdim olunmuşdur.