Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu

TETI-nin əməkdaşı Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JİCA) sertifikatı ilə təltif olunmuşdur.

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun İnformasiya təminatı və elmi nailiyyətlərin tətbiqi şöbəsinin müdiri Şəban Maxsudov 22 oktyabr-03 noyabr 2016-cı il tarixdə İran İslam Respublikasının Ərdəbil şəhərində “Qabaqcıl kənd təsərrüfatı təcrübəsininin təkmilləşdirilməsi üçün idarəetmə konsepsiyalarının və yardım vasitələrinin tətbiqi” mövzusunda təşkil olunmuş təlim kursunda iştirak etmişdir.

Təlim zamanı kurs iştirakçıları “Qabaqcıl Kənd Təsərrüfatı Təcrübəsi”nin (Good Agricultural Practice-GAP) yaxşılaşdırılması məqsədi ilə müxtəlif mövzularda məruzələrlə məlumatlandırılaraq geniş şəkildə müzakirələr aparılmışdır. Eyni zamanda, iştirakçıların Ərdəbildə kənd təsərrüfatı istiqamətində fəaliyyət göstərən fermerlər ilə görüşü təşkil edilmiş və təlim kursunun sonunda Şəban Maxsudova COMCEC tərəfindən sertifikat təqdim olunmuşdur.