Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu

TƏRƏVƏZÇİLİK ELMİ-TƏDQİQAT İNSTİTUTUNDA YUBİLEY TƏDBİRİ KEÇİRİLMİŞDİR

10 avqust 2018-ci il tarixdə Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda elmi işlər üzrə direktor müavini, biologiya elmləri  üzrə fəlsəfə doktoru Ələmdar Əsgərovun 60 illik yubileyi münasibəti tədbir keçirilmişdir. Bu münasibətlə onu institutun direktoru Elmar Allahverdiyev, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin Baş direktoru Vüqar Babayev, kollektivin üzvləri  Zibeydə Əliyeva, Rizvan Abbasov, Şakir Quliyev, Fəxrəddin Ağayev, Məcid Adıgözəlov, İradə Əliyeva və digərləri təbrik etmiş, yubiliyara ən xoş arzularını bildirərək ona elmi fəaliyyətində və şəxsi həyatında uğurlar arzulamışdırlar.

Sonda Vüqar Babayev Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin adından hazırlanmış Fəxri Fərmanı yubiliyara təqdim etdi.