Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu

TƏRƏVƏZÇİLİK ELMİ-TƏDQİQAT İNSTİTUTUNDA NÖVBƏTİ YUBİLEY TƏDBİRİ KEÇİRİLMİŞDİR

25  sentyabr 2018-ci il tarixdə Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda institutun Fiziologiya laboratoriyasının müdiri, kənd təsərrüfatı üzrə elmlər doktoru, professor Maarif Almədət oğlu Yusifovun 80 illik yubileyi münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə Aqrar Elm və İnnovasiya Mərkəzinin Baş direktoru Vüqar Babayev, institutun direktoru Elmar Allahverdiyev, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlai ilə yanaşı institutun qocaman alimlərindən bir qrupu, Tərəvəzçilik Elmi Tədqiqat İnstitutun kollektivi iştirak etmişdilər. Tədbirdə Maarif Yusifovun həyat və fəaliyyəti haqqında video-çarx nümayiş etdirildi, onun yenicə çapdan çıxmış kitabının təqdimatı keçirildi, iştirakçılar onun haqqında xatirələrini danışdılar. Tədbirin sonunda yubilyara çiçək dəstələri və müxtəlif hədiyyələr təqdim edildi.