Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda “Müasir istixana tərəvəzçiliyi” mövzusunda gənc elmi işçilərə təlim keçirilmişdir

Tərvəzçilik Elmi-Tədqiqat İnstitutunda 17 avqust 2018-ci il tarixdə “Müasir istixana tərəvəzçiliyi” mövzusunda institutun qiyabi doktorantı Fərid Nuriyev tərəfindən gənc elmi işçilərə təlim keçirilmişdir. O, ən yeni texnoloji avadanlıqlarla təchiz olunmuş istixana kompleksi şəraitində pomidor və digər tərəvəz məhsullarının yetişdirilmə texnologiyasına dair təqdimatla çıxış edərək iştirakçıları məlumatlandırmışdır. Mövzu ilə əlaqədar iştirakçıların sualları ətraflı cavablandırılmışdır. İnstitutda müasir istixana tərəvəzçiliyinə dair təlimlər mütəmadi şəkildə hər həftə davam etdiriləcəkdir.