Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu

ÖRTÜLÜ SAHƏ TƏRƏVƏZÇİLİYİ

Əhəmiyyəti. İstixana tərəvəzçiliyinin əsas məqsədi ilin payız, qış və erkən yaz aylarında müxtəlif tərəvəz məhsulları istehsal etməklə, əhalinin həmin məhsullara olan təlabatını ödəməkdən ibarətdir. Respublika ərazisində əsas iqlim göstəricilərinin (il ərzində düşən ümumi günəş radiasiyasının, fotosintetik aktiv radiasiyasının miqdarı, küləksiz günlərin sayı, küləyin orta sürəti, şaxtasız günlərin sayı, qar örtüyünün qalınlığı və s.) əlverişli olması, örtülü sahə tərəvəzçiliyinin geniş inkişaf etdirilməsinə imkan verir.

Müasir dövrdə örtülü sahə tərəvəzçiliyi istifadə olunan kultivasiya qurğularının tipinə, texniki-təchizat səviyyəsinə, mikroiqlimi tənzimləyən cihazların müxtəlifliyinə, becərilən sortların, F1 hibridlərinin təsərrüfat-bioloji əlamətlərinin əlverişlilik səviyyəsinə, tətbiq olunan gübrələrin, biostimulyatorların, kimyəvi dərmanların çeşidinə görə ən sürətlə inkişaf edən bitkiçilik sahələrindən biridir.

Ölkəmizdə örtülü sahə qurğularının qrunt əsaslı və şüşə örtüklü qış, pərdə örtüklü isidilən və isidilməyən yaz istixanaları, tunel və azqabaritli karkaslar geniş yayılmışdır.

Örtülü sahə təsərrüfatları əsasən Abşeron yarımadasında, Bakı şəhərində, Gəncə-Qazax, Lənkəran-Astara bölgələrində, Göyçay, Ağdaş və Sumqayıt şəhərlərində yerləşmişlər.

Örtülü sahə qurğuları örtük materiallarının tipinə görə şüşə və pərdə örtüklü, konstruksiya xüsusiyyətlərinə görə klin, anqar və blok tipli, isidilməsinə görə isidilən və isidilməyən, substratlı, substratsız və NFT sistemli olur. Hazırda az həcmli texnologiyalardan və onların modifikasiyalarından geniş istifadə edilir.

Örtülü sahə tərəvəzçiliyinin inkişaf etdiyi ölkələrdə modern istixana konstruksiyaları, onların isitmə sistemləri, damcı üsulu ilə suvarma sistemləri, havada CO2 qazının miqdarını tənzimləyən cihazlar, bitkilərin müdafiəsi və onlara qulluq sistemləri, diaqnostik aparatlar və sair avadanlıqlar istehsal edilir və satılır.

 

Örtülü sahə qurğularında tərəvəz bitkilərinin əkin dövriyyələri

Respublikanın şüşə və pərdə örtüklü istixana qurğularında əsas üç əkin dövriyyəsi tətbiq olunur: payız-qış, qış-yaz və keçid tipli

                                                                                                               Cədvəl 1.

 

İstixana qurğularının tipi və əsas əkin dövriyyələri Bitki növləri Səpin Şitillərin yaşı (gün) Əkin Havanın optimal nisbi rütubəti, % İlk və son yığımlar
1. Şüşə və pərdə örtüklü qış istixanası; keçid tipli əkin dövriyyəsi Pomidor

 

Bibər

Badımcan

15-20.VIII 40-45 25.IX-5.X 60-70 20-25.XI

 

15-20.VI

Xiyar 20-25.VIII 23-25 15-20.IX 85-95 15-19.X

 

15.V-20.VI

2. Şüşə və pərdə örtüklü qış istixanası; payız-qış əkin dövriyyəsi Pomidor

 

Bibər

Badımcan

10-15.IX 50-55 10-15.IX 60-70 10-15.V

 

15-20.VI

Xiyar 15-20.IX 23-25 20-25.X 85-95 15-20.XI

 

10-15.VI

3. Şüşə və pərdə örtüklü qış istixanası; qış-əkin dövriyyəsi Pomidor

 

Bibər

Badımcan

15-20.XII 45-50 10-15.II 60-70 15-20.IV

 

25-30.VI

Xiyar 15-20.XII 20-25 10-15.XII 85-95 20.III-15.V
4. Pərdə örtüklü isidilən yaz istixanası: qış-yaz-əkin dövriyyəsi Pomidor

 

Bibər

Badımcan

15-20.XII 45-50 25.I-5.II 60-70 15-20.VI

 

20-25.II

Xiyar 20-25.VII 23-25 25-30.I 85-95 15.XII-15.V
5.Pərdə örtüklü isidilmə-yən yaz istixanası: qış-yaz əkin dövriyyəsi Pomidor

 

Bibər

Badımcan

10-20.I 50-55 10-20.III 60-70 5-10.VI
Xiyar 10-15.III 23-30 5-15.IV 85-95 15-20.V

 

Əkin üçün sort xüsusiyyətindən asılı olaraq xiyar bitkisinin 23-30 günlük, pomidor və bibərin isə 45-55 günlük şitillərindən istifadə etmək əlverişlidir.

 

Örtülü sahə qurğularında becərmək üçün rayonlaşmış pomidor, xiyar sortları və F1 hibridləri (2015-ci ilin məlumatları)

 

                                                                                                                    Cədvəl 2.

Sortların və hibridlərin adı Sortun yetişkənliyi Sortun orginatoru

 

(patent sahibi)

Dövlət reyestrinə daxil edildiyi il Sortun rayonlaşdırıldığı bölgələr

Pomidorun sortları və F1 hibridləri

Bənövşə Ortayetişən Azərbaycan TE Tədqiqat İstitutu 1995 Pespublika üzrə
Şahin Ortayetişən Azərbaycan TE Tədqiqat İstitutu 2002 Pespublika üzrə
Şəlalə Orta tezyetişən Azərbaycan TE Tədqiqat İstitutu 2002 Pespublika üzrə
Opera F1 Tezyetişən Fransa, Vilmoren şirkəti Azərbaycan “EMA” şirkəti 2006 Pespublika üzrə
Ralli F1 Tezyetişən Hollandiya ENZA Zaden firması, Azərbaycan  Aqroservis MMM 2009 Pespublika üzrə
Bello F1 Tezyetişən Hollandiya ENZA Zaden firması, Azərbaycan  Aqrosevis MMM 2009 Pespublika üzrə
Monroe F1 Tezyetişən Hollandiya ENZA Zaden firması, Azərbaycan  Aqroservis MMM 2009 Pespublika üzrə
Elpida F1 Tezyetişən Hollandiya ENZA Zaden firması, Azərbaycan  Aqroservis MMM 2011 Pespublika üzrə
Sultan F1 Tezyetişən Hollandiya ENZA Zaden firması, Azərbaycan  Aqroservis MMM 2011 Pespublika üzrə
Berberona F1 Tezyetişən Hollandiya ENZA Zaden firması, Azərbaycan  Aqroservis MMM 2011 Pespublika üzrə
Petrus F1 Tezyetişən Aqroservis Şirkətlər Qrupu, Hollandiya, ENZA Zaden 2014 III zonanın 2-ci yarımzonası
Buran F1 Tezyetişən Aqroservis Şirkətlər Qrupu, Hollandiya, ENZA Zaden 2014 III zonanın 2-ci yarımzonası

Xiyarın rayonlaşmış F1 hibridləri (2015-ci ilin məlumatı)

Stella F1 Ortayetişən Üİ ET Tərəvəz Bitkilərinin Seleksiya və Toxumçuluq İnstitutu 1989 I, II, III, V, VII, VIII
Paşa F1 Ortayetişən Türkiyə, Anadolu, Azərb. “EMA” şirkəti 2006 Pespublika üzrə
Pikolina F1 Tezyetişən Hollandiya, ENZA Zaden firması, Azərbaycan “Aqroservis” Şirkətlər Qrupu 2009 Pespublika üzrə
Jazzer F1 Tezyetişən Hollandiya, ENZA Zaden firması, Azərbaycan “Aqroservis” Şirkətlər Qrupu 2011 Pespublika üzrə
Melen F1 Tezyetişən Hollandiya, ENZA Zaden firması, Azərbaycan “Aqroservis” Şirkətlər Qrupu 2014 III zonanın yarımzonası

 

Örtülü sahə üçün yerli tərəvəz sortlarının isidilməyən istixana qurğularında səpin və əkin xüsusiyyətləri

 

Ölkə əhalisinin ilin payız-qış aylarında təzə tərəvəz məhsullarına olan təlabatını tam ödəmək üçün onun istehsal həcmini 75-85 min tona çatdırmaq tələb olunur.

Pomidorun yerli və indeterminant tipli Bənövşə, Şəlalə və determinant tipli Şahin sortlarının pərdə örtüklü isidilməyən istixanada səpini yanvarın 20-25 də, əkini isə (80+60):2×35 sm sxemi ilə martın 15-25-də aparılır. Determinant tipli Şahin sortunun bitkilərinə 2-3 gövdəli forma verilir.

Əmtəəlik meyvənin orta kütləsi Bənövşə sortunda 90-105 q, Şəlalə  sortunda         90-100 q, Şahin sortunda isə 115-137 qramdır.

Pomidorun yerli sortlarının meyvələrinin biokimyəvi tərkibi (quru maddə, şəkər, ümumi turşuluq, C vitamini) və dad keyfiyyəti, xarici mənşəli rayonlaşmış hibridlərin meyvələrindən çox yüksəkdir.

Xiyarın yerli Bahar sortunun toxumlarının isti şitillikdə səpini martın 14-16-da, şitillərin istixanada əkini isə aprelin 5-10-da aparılır. Vegetasiya dövründə bitkilərin xəstəliklərə davamlılığı, əmtəəlik (6,7 kq/m2) və ümumi (8,3 kq/m2) məhsuldarlığı, meyvələrin dadı (4,7 bal), biokimyəvi tərkibi, xarici mənşəyi rayonlaşmış F1 hibridləri ilə müqayisədə Bahar sortunun meyvələri dəfələrlə dadllıdır. Bunun səbəbi xarici hibridlərin yerli torpaq-iqlim şəraitinə yaxşı uyğunlaşmadıqlarından dəyişkən məhsuldarlığa malik olmasındadır.

Şirin bibərin Töhfə sortunun toxumlarının isti şitillikdə səpini yanvarın 10-20-də, sağlam şitillərin istixanada əkini isə martın 10-15-də keçirilir. Sortun məhsuldarlığı isidilməyən pərdə örtülü istixanada 6,5-7,2 kq/m2 həddindədir. Sort abiotik amillərin stres təsirlərinə davamlıdır.

Meyvələrin texniki yetişkənlik fazasında rəngi açıq yaşıl, bioloji yetişkənlikdə isə qırmızıdır. Meyvə divarının qalınlığı 4-5 mm, bir meyvənin orta kütləsi isə 100-125 qramdır. Tezyetişəndir.