Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu

Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, nazirin müşaviri Şəbnəm Məmmədova və Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru Vüqar Babayevin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun kollektivi ilə görüşü

Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, kənd təsərrüfatı nazirinin müşaviri Şəbnəm Məmmədova və Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru Vüqar Babayevin 23 iyun 2018-ci il tarixdə Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun kollektivi ilə görüşü keçirilmişdir. İclasda institutun rəhbərliyi, şöbə və laboratoriya müdirləri, gənc elmi işçilər iştirak etmişdirlər. Tədbiri giriş sözü ilə açan nazir müavini Seyfəddin Talıbov kənd təsərrüfatı nazirinin müşaviri Şəbnəm Məmmədovanı və  Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru Vüqar Babayevi iştirakçılara təqdim etmişdir. Sonra Şəbnəm Məmmədova və Vüqar Babayev çıxış etdilər və institutun yeni inşa edilmiş binası və müasir avadanlıqlarla təchiz olunmuş şöbə və laboratoriyaları, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və İsrailin “Breedit” şirkəti arasında əməkdaşlıq çərçivəsində institutda 6,14 ha sahədə quraşdırılmış müasir tipli istixanalarla tanış olmuşdurlar. İnstitututun direktor vəzifəsini icra edən Elmar Allahverdiyev institutun fəaliyyəti və sözü gedən İsrail layihəsi çərçivəsində qurulmuş istixanalar və onların gələcək iş prinsipi haqqında geniş məlumat vermişdir. Eyni zamanda, tədbirə dair fotoşəkillər çəkilmişdir.