Azərbaycan Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda “Müxtəlif mənşəli bitkilərin məhsulunun keyfiyyət və kəmiyyət göstəricilərinə suvarma sularının maqnit emalının təsirinin eksperimental tədqiqatı” mövzusunda tədbir keçirilmişdir

19 dekabr 2018-ci il tarixdə Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu ilə Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsi və “İnteqro-Tetis” Beynəlxalq Elmi-Texniki Kompleksi arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır.İnstitutun direktoru Elmar Allahverdiyev tədbiri giriş sözü ilə açaraq institut əməkdaşlarından ibarət tədbir iştirakçılarına Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin prezidenti, g.-m.e.d., professor Elçin Xəlilovu, "İntergeo-Tetis" Beynəlxalq Elmi-Texniki Kompleksin icraçı direktoru Həsən Şəfiyevi və kompleksin marketinq-menecment departamentinin direktoru Anar Xəlilovu  təqdim etdi.

     Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan bölməsinin prezidenti, professor Elçin Xəlilov əvvəlcə iştirakçılara Akademiyanın tarixi və fəaliyyəti barədə ətraflı məlumat verdi. O, həmçinin qeyd etdi ki, Akademiyanın Azərbaycan Bölməsi 2001-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə yaradılmışdır.

Sonra isə Elçin Xəlilov bağlanacaq müqavilənin məzmunu və əhəmiyyəti barədə danışaraq qeyd etdi ki, son onilliklərdə dünyanın inkişaf etmiş bir çox ölkələrində kənd təsərrüfatında suvarma sularının maqnit emalının tətbiq edilməsinin yüksək nəticələri alınmışdır.

Beynəlxalq təcrübə göstərir ki, maqnitlənmiş suvarma sularının tətbiqi nəticəsində bitkilərin növündən və istifadə olunan aparatlardan asılı olaraq, müxtəlif növ bitkilərin məhsuldarlığı 50%-dən 200%-ə qədər artır.

“İNTERGEO-TETİS” beynəlxalq Elmi-Texniki Kompleksi isə “MAGMATRİX” aparatlarını işləyib hazırlamışdır ki, bu aparatlar suyun maqnitemalı sahəsində öz özəllikləri ilə digər istehsalçılardan fərqlənir.

Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsi ilə birgə 6 ay müddətində aparılmış MAGMATRİX aparatının sınaqları statistik dəqiq nəticələrin alınmasına imkan vermişdir.